5 Mart Bədən Tərbiyəsi və İdman Günüdür

Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu gün İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə təsis edilib. Tarixin seçilməsi isə 1995-ci il martın 5-də Heydər Əliyevin Bakı İdman Sarayında tanınmış idmançılarla görüşü ilə bağlıdır.Son illər Azərbaycanda idman dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkədə müasir Olimpiya idman kompleksləri tikilib, idmançılar Olimpiya və dünya çempionatlarında mühüm uğurlar qazanıblar.2026-cı ildə isə Bakı “Dünya İdman Paytaxtı” seçilib. Paytaxtda bu il bir sıra mötəbər yarışlar keçiriləcək, o cümlədən SportAccord Dünya İdman və Biznes Sammiti və ritmik gimnastika üzrə Avropa Kuboku. Bundan əlavə, şəhər ənənəvi olaraq Formula 1 Azerbaijan Grand Prix yarışına ev sahibliyi edəcək.Həmçinin bu gün saat 14:00-da Qazax şəhərində idman paradı və "İdman Paytaxtı"nın açılış mərasimi keçiriləcək.

url: 
http://kepezfm.az/xeberler/5-mart-b%C9%99d%C9%99n-t%C9%99rbiy%C9%99si-v%C9%99-idman-g%C3%BCn%C3%BCd%C3%BCr
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik