9 və 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtı bilinib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam -11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı Gəncə şəhərində yerləşən məktəblərin şagirdləri üçün iki zona olmaqla martın 9-da və 15-də keçiriləcək. İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. Ümumi - 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları üç zona üzrə aprelin 5, 12 və 26-da keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/9-v%C9%99-11-illik-orta-t%C9%99hsil-s%C9%99viyy%C9%99si-%C3%BCzr%C9%99-burax%C4%B1l%C4%B1%C5%9F-imtahanlar%C4%B1n%C4%B1n-vaxt%C4%B1-bilinib

