Ağcabədidə müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub
Ağcabədi şəhərində müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub. Ötən gecə güclü küləyin təsirindən iri gövdəli ağac aşaraq avtomobillərin üzərinə düşüb. Bundan əlavə, şəhərin digər ərazisində qaz xəttində qırılma baş verib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fcab%C9%99did%C9%99-m%C3%BC%C5%9Fahid%C9%99-olunan-g%C3%BCcl%C3%BC-k%C3%BCl%C9%99k-bir-s%C4%B1ra-f%C9%99sadlara-s%C9%99b%C9%99b-olub

