Ağcabədidə topdansatış mağazasında saxta alkoqollu içkilər aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədidə Elçin Qasımova məxsus topdansatış mağazasında keçirdikləri plandankənar yoxlama zamanı saxta alkoqollu içkilərin satışa çıxarıldığı müəyyən edilib. İçkilərin üzərində zədələnmə əlamətləri, başlıq hissənin təkrar bərkidilməsi və istehsal tarixinin göstərilməməsi aşkarlanıb, mənşəyi məlum olmayan spirt istifadə edildiyi aşkar olunub. Qanunvericiliyə uyğun tədbirlər görülərək saxta içkilərin satışı dayandırılıb. Araşdırmalar davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fcab%C9%99did%C9%99-topdansat%C4%B1%C5%9F-ma%C4%9Fazas%C4%B1nda-saxta-alkoqollu-i%C3%A7kil%C9%99r-a%C5%9Fkarlan%C4%B1b

