Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib
Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı qanun imzalayıb. Dövlət başçısı Ağdərə rayonunun yaradılması haqqında Qanunun tətbiqi ilə bağlı Fərman da imzalayıb. Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyəti təmin ediləcək.
url:
http://www.kepezfm.az/xeberler/a%C4%9Fd%C9%99r%C9%99-qaraba%C4%9F-iqtisadi-rayonunun-t%C9%99rkibin%C9%99-daxil-edilib