Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb
Ağdaş rayonunda yenicə ana olan qadın ölüb. Rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Nübar Mərdanova Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirib. Xəstəxanada saxlanılan qadının vəziyyəti 1 gün sonra kəskin pisləşib və o vəfat edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
url:
http://www.kepezfm.az/xeberler/a%C4%9Fda%C5%9F-sakini-qeys%C9%99riyy%C9%99-%C9%99m%C9%99liyyat%C4%B1ndan-sonra-%C3%B6l%C3%BCb