Bu gün – noyabrın 20-də Ağdam Şəhəri Günü qeyd olunur. Şəhərin Ermənistanın işğalından azad edilməsindən altı il ötür.Ağdam 2020-ci il noyabrın 20-də, Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra imzalanan üçtərəfli bəyanata əsasən Azərbaycana qaytarılıb. Həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və dövlət bayrağımız ucaldılıb.Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamına əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd edilir.Bu gün münasibətilə şəhərdə ictimai-mədəni tədbirlər təşkil olunub.Tədbirlər Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb. Gün ərzində kompleksdə yerli istehsalçı və sahibkarların məhsullarının təqdim olunduğu yarmarkanın keçirilməsi də nəzərdə tutulub.

