Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı başlayıb
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalına start verilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, festival fermerlər, sahibkarlar, dövlət qurumları və aqrar şirkətlər arasında əməkdaşlıq üçün mühüm platformadır.Nazirin sözlərinə görə, Ağdamda kənd təsərrüfatının inkişafı, torpaqlardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi və yeni təsərrüfatların yaradılması əsas istiqamətlərdəndir. Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində kənd təsərrüfatı torpaqlarının əkin üçün istifadəyə verilməsi istiqamətində işlər aparılır.Məcnun Məmmədov aqrar sahədə süni intellekt, dronlar, peyk məlumatları və ağıllı suvarma sistemləri kimi texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fdamda-100-c%C3%BC-yubiley-aqrar-biznes-festival%C4%B1-ba%C5%9Flay%C4%B1b

