Ağdamda ilin sonuna qədər 4 yaşayış məntəqəsinin təhvil verilməsi planlaşdırılır
İlin sonuna qədər Ağdam rayonunda 4 yaşayış məntəqəsinin sakinlərin istifadəsinə verilməsi gözlənilir.
Bu barədə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib. Hazırda Ağdam şəhərində 4-cü və 5-ci yaşayış komplekslərində, eləcə də Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində tikinti-bərpa işləri davam etdirilir. Layihələrin başa çatdırılması Ağdam şəhərinə ümumilikdə 8 min nəfərin qayıdışına imkan verəcək. Eyvazxanbəyli kəndinə ilk mərhələdə 427, Baş 21 sentyabr 2026
Qərvənd kəndinə isə 851 ailənin köçürülməsi nəzərdə tutulur.Füzuli rayonunda da iki kənddə quruculuq işlərinin davam edir. Dövlətyarlı kəndində 450 ailə üçün, Pirəhmədli kəndində isə ilk mərhələdə 146 ailənin məskunlaşması üçün işlər aparılır.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fdamda-ilin-sonuna-q%C9%99d%C9%99r-4-ya%C5%9Fay%C4%B1%C5%9F-m%C9%99nt%C9%99q%C9%99sinin-t%C9%99hvil-verilm%C9%99si-planla%C5%9Fd%C4%B1r%C4%B1l%C4%B1r

