Ağdamda minalarla bağlı yanlış məlumata görə vətəndaşa xəbərdarlıq olunub
Bəzi sosial şəbəkə səhifələrində guya Ağdamda müxtəlif ərazilərin minalanması görüntüsünün formalaşdırılması ilə bağlı yayılmış məlumatlar üzrə araşdırma aparılıb. Bu barədə Baş Prokuroruluqdan məlumat verilib. Əsassız və həqiqətə uyğun olmayan iddialar irəli sürən 1999-cu il təvəllüdlü Emin Nəcəfzadə Tərtər rayon prokurorluğuna dəvət olunaraq ona xəbərdarlıq edilib.
url:
http://www.kepezfm.az/xeberler/a%C4%9Fdamda-minalarla-ba%C4%9Fl%C4%B1-yanl%C4%B1%C5%9F-m%C9%99lumata-g%C3%B6r%C9%99-v%C9%99t%C9%99nda%C5%9F-x%C9%99b%C9%99rdarl%C4%B1q-olunub