Ağstafada sursat partlayıb
Ağstafa rayonunun Çeyrançöl ərazisində noyabrın 15-də partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.Hadisə zamanı 1986-cı il təvəllüdlü Rəsul İbrahimov ölüb, 1982-ci il təvəllüdlü Sahib Əmrahov isə yaralanıb. TƏBİB-dən bildirilib ki, yaralı Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, əməliyyatdan sonra reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fstafada-sursat-partlay%C4%B1b

