AŞPA-nın prezident seçkilərini izləməsi üçün dəvət edilməməsinə aydınlıq gətirilib
Avropa Şurası Parlament Assambleyasının növbədənkənar prezident seçkilərini izləməsi üçün dəvət edilməməsinə Mərkəzi Seçki Komissiyası cavabdeh deyil. Bu barədə MSK sədri Məzahir Pənahov mətbuat konfransında deyib ki, ATƏT-in seçki prosesi ilə əlaqədar ciddi iradları yoxdur. MSK sədri 6 milyon 478 mindən çox seçicinin olduğunu, 37 ölkədə yaradılan 49 seçki məntəqəsi üzrə 23 minə yaxın seçicinin siyahıya alındığını bildirib.
url:
http://www.kepezfm.az/xeberler/avropa-%C5%9Furas%C4%B1-parlament-assambleyas%C4%B1n%C4%B1n-n%C3%B6vb%C9%99d%C9%99nk%C9%99nar-prezident-se%C3%A7kil%C9%99rini-izl%C9%99m%C9%99si-%C3%BC%C3%A7%C3%BCn