ABŞ və İran arasında anlaşma memorandumu imzalanıb

ABŞ və İran arasında anlaşma memorandumu imzalanıb. ABŞ Prezidenti Donald Tramp bildirib ki, sənədin imzalanması ilə Hörmüz boğazının iyunun 19-da tam açılması gözlənilir. Razılaşmaya əsasən, 60 günlük danışıqlar dövründə gəmilər Hörmüz boğazından ödənişsiz keçə biləcək. ABŞ rəsmiləri memorandumda regional sülh və sabitliyin qorunması, eləcə də İranın HƏMAS, Hizbullah və husilərə dəstəyinin dayandırılması ilə bağlı müddəaların yer aldığını açıqlayıblar. Bu arada İsrailin Baş naziri Benjamin Netanyahu İranın nüvə proqramına qarşı həyata keçirilən hərbi əməliyyatın mühüm nəticələr verdiyini bəyan edib. O, İranın nüvə obyektlərinə, raket infrastrukturuna və hərbi rəhbərliyinə ciddi zərbələr endirildiyini bildirib. Netanyahu İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini vurğulayaraq, İsrailin Qəzza, Livan, Suriya, Yəmən və İordan çayının Qərb sahilindəki iranyönlü qruplara qarşı mübarizəni davam etdirəcəyini qeyd edib.

url: 
http://kepezfm.az/xeberler/ab%C5%9F-v%C9%99-iran-aras%C4%B1nda-anla%C5%9Fma-memorandumu-imzalan%C4%B1b
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik