ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb

ABŞ Prezidenti Donald Tramp İranla qarşılıqlı anlaşma memorandumunun imzalandığını təsdiqləyib. Tramp Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra sənədin artıq imzalandığını bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də memorandumun ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən rəqəmsal qaydada imzalandığını açıqlayıb.Məlumata görə, memorandum ABŞ və İran arasında hərbi qarşıdurmanın dayandırılması, Hörmüz boğazında normal gəmiçiliyin bərpası və yekun razılaşma üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur.İran tərəfi bildirib ki, nüvə proqramı, sanksiyaların ləğvi və dondurulmuş İran aktivlərinə çıxışla bağlı danışıqlar memorandumun imzalanmasından sonra aparılacaq.Donald Tramp həmçinin ABŞ hərbçilərinin hələ bir müddət Fars körfəzi bölgəsində qalacağını, lakin bunun müvəqqəti xarakter daşıdığını vurğulayıb. O, gələcəkdə regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

url: 
http://kepezfm.az/xeberler/ab%C5%9F-v%C9%99-iran-aras%C4%B1nda-qar%C5%9F%C4%B1l%C4%B1ql%C4%B1-anla%C5%9Fma-memorandumu-imzalan%C4%B1b
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik