ABŞ və İran arasında yeni razılaşma layihəsi 10 bənddən ibarətdir
İran və ABŞ arasında hazırlanan yeni razılaşma layihəsinin “bütün cəbhələrdə” hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutduğu bildirilir. Sənədin mətnini Əl-Ərəbiyyə telekanalı yayımlayıb.10 bənddən ibarət olan layihədə quru, dəniz və hava daxil olmaqla bütün istiqamətlər üzrə dərhal, hərtərəfli və qeyd-şərtsiz atəşkəs nəzərdə tutulur.Saziş layihəsində tərəflərin hərbi, mülki və iqtisadi infrastruktura zərbə endirməmək barədə qarşılıqlı öhdəlikləri də əksini tapıb.Sənəddə ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsi, daxili işlərə qarışmamaq prinsipləri, eləcə də Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində gəmiçilik azadlığının təmin olunması məsələləri yer alıb.
url:
http://kepezfm.az/xeberler/ab%C5%9F-v%C9%99-iran-aras%C4%B1nda-yeni-raz%C4%B1la%C5%9Fma-layih%C9%99si-10-b%C9%99ndd%C9%99n-ibar%C9%99tdir

