Türkiyə ötən gün Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün şəraitin yaradılacağına ümid etdiyini bildirib.Türkiyə Xarici İşlər Nazirliyi regionda sabitliyin və əməkdaşlığın dəstəklənməsinin davam etdiriləcəyini vurğulayıb. ABŞ Dövlət katibi Marko Rubio isə Vaşinqtonun Cənubi Qafazda sülh prosesinə dəstəyini davam etdirəcəyini bildirib. O qeyd edib ki, ABŞ tarixi Vaşinqton sülh sammitinin məqsədlərinin irəlilədilməsi və “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” layihəsinin həyata keçirilməsinə sadiqdir. Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib.Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,83 % faizini toplayaraq qalib gəlib.

