Abşeronda ev, Zaqatalada isə maşın yandı
Abşeronun Məmmədli kəndində ikimərtəbəli evin 2-ci mərtəbəsində yanğın olub. Evin qalan hissəsi alovdan mühafizə olunub. Zaqatalanın Yuxarı Tala kəndində isə maşın təmiri sexi alışıb. Nəticədə sexə təmir üçün gətirilən “VAZ 21011” avtomobil və tikilinin tavanının bir hissəsi yanıb. Faktlar araşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/ab%C5%9Feronda-ev-zaqatalada-is%C9%99-ma%C5%9F%C4%B1n-yand%C4%B1