AFFA “Neftçi” və “Səbail”in futbolçularını cəzalandırıb
AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən “Neftçi” – “Səbail” oyunu zamanı hər iki komandanın dalaşan futbolçularını cəzalandırıb. Sadiq Məmmədli, Elmar Baxşızadə, Kərim Orucov və Fariz Hüseynovun hər biri 4 oyunluq diskvalifikasiya edilib. “Neftçi”nin üzvü Həsən Mahmudov isə “Səbail”dəki həmkarını təhqir etdiyi üçün 3 matçlıq cəzaya məruz qalıb.
url:
http://www.kepezfm.az/xeberler/affa-%E2%80%9Cneft%C3%A7i%E2%80%9D-v%C9%99-%E2%80%9Cs%C9%99bail%E2%80%9D-futbol%C3%A7ular%C4%B1n%C4%B1-c%C9%99zaland%C4%B1r%C4%B1b