AFFA bu klubları cərimələyib
AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu cərimələyib. Baş məşqçi Kurban Berdiyev hakimi təhqir etdiyinə görə 4 oyunluq cəza alıb, klub 10 min manat ödəyəcək. Digər məşqçi Yunis Hüseynov isə hakimin qərarına etiraz etdiyinə görə 1 oyunluq cəza alıb, klub 2 min 500 manat cərimələnib. “Qəbələ” oyuna gecikdiyinə görə xəbərdarlıq alıb. Əvəzedicilər Liqasında azarkeşləri stadiona buraxmayan “Neftçi” 200 manat, “Qarabağ” isə 4 sarı vərəqəyə görə 70 manat cərimə olunub.
url:
http://kepezfm.az/xeberler/affa-bu-klublar%C4%B1-c%C9%99rim%C9%99l%C9%99yib

