AFFA İntizam Komitəsi “Turan Tovuz”u cərimələyib
AFFA İntizam Komitəsi “Turan Tovuz”u cərimələyib. Buna səbəb Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi” ilə keçirilən ev oyununda qeydə alınan neqativ hallar olub. Azarkeşlərinin meydana kənar əşya atmaları Tovuz təmsilçisinin 800 manat cərimələnməsinə yol açıb. Bundan başqa, tovuzlular rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal mövsümdə üçüncü dəfə yaşandığından, “Turan Tovuz” daha 1000 manat ziyana düşüb.
url:
http://www.kepezfm.az/xeberler/affa-intizam-komit%C9%99si-%E2%80%9Cturan-tovuz%E2%80%9Du-c%C9%99rim%C9%99l%C9%99yib