AFFA "Kəpəz"in akademiyasına media tur təşkil edib
AFFA tərəfindən jurnalistlər üçün "Kəpəz"in yeni istifadəyə verilən akademiyasına media tur təşkil edilib. Media nümayəndələri akademiyanın binası ilə yanaşı stadionun ərazində salınan Məşq Mərkəzi ilə tanış olublar. Jurnalistlərə görülən işlər, yaradılan şərait barədə ətraflı məlumat verilib. Akademiya və məşq mərkəzi bir müddətdir ki, klub üzvlərinin istifadəsindədir.
url:
http://www.kepezfm.az/xeberler/affa-k%C9%99p%C9%99zin-akademiyas%C4%B1na-media-tur-t%C9%99%C5%9Fkil-edib