Aktrisa Mariya Valverde artıq Bakıdadır

Aktrisa Mariya Valverde artıq Bakıdadır

Məşhur ispan aktrisa Mariya Valverde artıq Bakıdadır.
Aktrisa Nino obrazını canlandırdığı "Əli və Nino" filminin Heydər Əliyev Mərkəzində baş tutacaq premyerasında iştirak edəcək. Aktrisa sosial şəbəkədə Azərbaycanla bağlı paylaşımlar edib. Müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edən filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi britaniyalı yazıçı-ssenarist və kinorejissor, "Oskar" mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır.
Filmdə azərbaycanlı Əlixan Şirvanşirin rolunu tanınmış aktyor Adam Bakri, gürcü gözəli Ninonun obrazını isə ispan aktrisa Mariya Valverde canlandırıb.
Valverdə "Səmadan 3 metr yüksəklikdə" filmində yaratdığı Babi rolu ilə böyük populyarlıq qazanıb.
Məhəmməd Əsəd Bəyin Qurban Səid imzası ilə yazdığı bu roman ilk dəfə 1937-ci ildə Berlində - alman dilində (Qot əlifbasında) çıxıb. Əli və Ninonun sevgi hekayəsi Birinci Dünya Müharibəsindən öncəki dövrdə Bakıda, Gürcüstanda və İranda baş verib. Roman ilk nəşrindən bu yana dünyanın əksər dillərinə tərcümə edilib və XX yüzilin ən gözəl sevgi romanları sırasında yer alıb.
Ayşən Zeynallı

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 40
KƏPƏZFM / TOP 40
Dinlə, Hiss et, Arzula!
TOP 40
AZERI TOP 10
KƏPƏZFM / Milli 10-luq
Dinlə, Hiss et, Arzula!
Milli 10-luq