Ali Məhkəmə: Öhdəliyin icrasının mümkünsüz hesab edilməsi borclunu məsuliyyətdən azad etmir
Ali Məhkəmə müqavilə öhdəliklərinin icra olunmaması və icra mümkünsüzlüyü ilə bağlı mühüm hüquqi mövqe müəyyən edib.Məhkəmənin qərarına əsasən, “icra mümkünsüzlüyü” avtomatik olaraq borclunun məsuliyyətdən azad edilməsi demək deyil. Hər bir halda icranın niyə mümkün olmadığı ayrıca araşdırılmalıdır.Əgər öhdəliyin icrası borclunun təqsiri və ya onun cavabdeh olduğu hallar səbəbindən mümkün olmursa, o, məsuliyyətdən azad edilmir və zərərin ödənilməsi tələb oluna bilər. Yalnız fövqəladə və qarşısıalınmaz hallar olduqda öhdəliyə xitam verilə bilər.
url:
http://kepezfm.az/xeberler/ali-m%C9%99hk%C9%99m%C9%99-%C3%B6hd%C9%99liyin-icras%C4%B1n%C4%B1n-m%C3%BCmk%C3%BCns%C3%BCz-hesab-edilm%C9%99si-borclunu-m%C9%99suliyy%C9%99td%C9%99n-azad-etmir

