Ali məktəblərə qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat başlayıb
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə imtahanın ikinci mərhələsinin birinci cəhdində iştirak etmək istəyən abituriyentlər aprelin 16-dan 29-dək DİM-in internet səhifəsində ixtisas qrupunu seçərək qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 18 fevral – 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarına da qeydiyyat imkanı yaradılıb.Müsabiqədə iştirak ödənişlidir.
url:
http://kepezfm.az/xeberler/ali-m%C9%99kt%C9%99bl%C9%99r%C9%99-q%C9%99bul-imtahan%C4%B1n%C4%B1n-ikinci-m%C9%99rh%C9%99l%C9%99sin%C9%99-qeydiyyat-ba%C5%9Flay%C4%B1b

