Ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı açıqlanıb
Ali təhsil müəssisələrinə və tam 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sona yaxınlaşır. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, bu günə kimi 99 min 403 abituriyent öz ərizəsini təsdiq edib. Ərizə qəbulu 15 mart saat 23:59-da yekunlaşacaq.
url:
http://www.kepezfm.az/xeberler/ali-m%C9%99kt%C9%99bl%C9%99r%C9%99-v%C9%99-kollecl%C9%99r%C9%99-s%C9%99n%C9%99d-ver%C9%99nl%C9%99rin-say%C4%B1-a%C3%A7%C4%B1qlan%C4%B1b