Ali təhsil müəssisəsində 24 il əvvəl törədilmiş qətlin üstü açılıb
Bakıda 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının həyətində mühafizəçi Məhəmmədəli Məhərrəmovun qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə istintaq yenidən təzələnib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Vüqar Cahangirov noyabrın 4-də saxlanılıb. O, qəsdən adam öldürmə və digər cinayətlərdə ittiham olunur. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://kepezfm.az/xeberler/ali-t%C9%99hsil-m%C3%BC%C9%99ssis%C9%99sind%C9%99-24-il-%C9%99vv%C9%99l-t%C3%B6r%C9%99dilmi%C5%9F-q%C9%99tlin-%C3%BCst%C3%BC-a%C3%A7%C4%B1l%C4%B1b

