Aqrar Sığorta Fondunun Goranboy və Şəmkirdə filialları açılıb
Aqrar Sığorta Fondunun Goranboy və Şəmkirdə filialları açılıb. Burada fermerlərə aqrar sığorta barədə geniş məlumat, əkin və təsərrüfatlarını sığortalamaq, müxtəlif sənədləşdirmə işlərini həyata keçirmək, həmcinin sığorta hadisələri barədə məlumat veriləcək. Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, sığorta ödənişlərinin məbləği 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə isə 6 milyon manata çatacağı gözlənilir. Zərərlə üzləşən sığortalı fermerlərə 4 milyon manata yaxın ödənişlər edilib.
url:
http://www.kepezfm.az/xeberler/aqrar-s%C4%B1%C4%9Forta-fondunun-goranboy-v%C9%99-%C5%9F%C9%99mkird%C9%99-filiallar%C4%B1-a%C3%A7%C4%B1l%C4%B1b