Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə regional müşavirə keçirilir.Müşavirədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” müzakirə olunur. Prezidentin köməkçisi Natiq Əmirov bildirib ki, 2015–2025-ci illərdə Azərbaycanda aqrar sahədə geniş islahatlar həyata keçirilib, dövlət dəstəyi artırılıb və bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Onun sözlərinə görə, suvarma infrastrukturunun inkişafı, kənd təsərrüfatı texnikasının yenilənməsi və 169 min hektardan çox istifadəsiz torpağın yenidən əkin dövriyyəsinə cəlb edilməsi aqrar sektorun inkişafına mühüm töhfə verib.Regional müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.

