AQTA: Azərbaycanda quş qripi xəstəliyinin törədicisinə rast gəlinməyib
Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə quş qripi ilə bağlı monitorinqin nəticələrini açıqlayıb. 2–6 mart 2026-cı il tarixlərində keçirilən epizootoloji müşahidələr zamanı vəhşi və ev quşlarından götürülmüş nümunələrdə quş qripi virusu aşkarlanmayıb.Ev quşları Nyukasl xəstəliyi üzrə də yoxlanılıb və yoluxma halı qeydə alınmayıb.Monitorinqlər su hövzələri, milli parklar, quşçuluq təsərrüfatları və bazarlar daxil olmaqla geniş əraziləri əhatə edib, həmçinin maarifləndirmə tədbirləri aparılıb.
url:
http://kepezfm.az/xeberler/aqta-az%C9%99rbaycanda-qu%C5%9F-qripi-x%C9%99st%C9%99liyinin-t%C3%B6r%C9%99dicisin%C9%99-rast-g%C9%99linm%C9%99yib

