AQTA Gəncə, Ağstafa və Salyanda yerləşən ərzaq bazarlarında monitorinq keçirib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Gəncə, Ağstafa və Salyan rayonlarının ərzaq bazarlarında monitorinq keçirib. Yoxlamalar zamanı yüksək riskli qida məhsullarının açıq havada, antisanitar şəraitdə və temperatur rejiminə uyğun olmayan formada satıldığı müəyyən edilib. AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib və qaydalara əməl etməyən müəssisələrə qarşı qanunvericiliyə uyğun sərt tədbirlərin görüləcəyini bildirib.
url:
http://kepezfm.az/xeberler/aqta-g%C9%99nc%C9%99-a%C4%9Fstafa-v%C9%99-salyanda-yerl%C9%99%C5%9F%C9%99n-%C9%99rzaq-bazarlar%C4%B1nda-monitorinq-ke%C3%A7irib

