AQTA: Heyvan kəsimi zamanı sanitariya-gigiyena tələblərinə ciddi əməl olunmalıdır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qurbanlıq heyvanların kəsimi zamanı baytarlıq və sanitariya qaydalarına ciddi əməl olunması ilə bağlı əhaliyə xəbərdarlıq edib. Qurumdan bildirilib ki, kəsim və satış yalnız xüsusi məntəqələrdə aparılmalıdır. Küçələrdə və qeyri-qanuni yerlərdə heyvan kəsimi qadağandır. Kəsim məntəqələrində gigiyenik şərait, təmiz su təchizatı və baytarlıq nəzarəti mütləq təmin edilməlidir. Vətəndaşlardan qaydalara əməl olunması və qanunsuz hallarla bağlı məlumat vermələri xahiş olunur.
url:
http://kepezfm.az/xeberler/aqta-heyvan-k%C9%99simi-zaman%C4%B1-sanitariya-gigiyena-t%C9%99l%C9%99bl%C9%99rin%C9%99-ciddi-%C9%99m%C9%99l-olunmal%C4%B1d%C4%B1r

