Arazda batan məktəblinin axtarışları davam edir
Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdinin axtarışları davam edir.Axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilib. Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib.
url:
http://kepezfm.az/xeberler/arazda-batan-m%C9%99kt%C9%99blinin-axtar%C4%B1%C5%9Flar%C4%B1-davam-edir

