"ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin ləğv edilməsi vacibdir" Prezident İlham Əliyev
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir. Dövlət başçısı Münhendə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşüb. Prezident ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin ləğv edilməsinin vacib olduğunu bildirib. Həmcinin Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırıb. Ölkə rəhbəri İsrail Prezidenti İsxak Hersoq və Türkiyənin xarici işlər naziri Hakan Fidanla da görüşlər keçirib.
url:
http://www.kepezfm.az/xeberler/at%C9%99t-%C3%A7%C9%99r%C3%A7iv%C9%99sind%C9%99-ke%C3%A7mi%C5%9F-qal%C4%B1qlar%C4%B1-olan-bir-s%C4%B1ra-mexanizml%C9%99rin-l%C9%99%C4%9Fv-edilm%C9%99si-vacibdir