Avarçəkənimiz İtaliyada gümüş medal qazanıb
Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko İtaliyanın Turin şəhərində təşkil olunan ənənəvi beynəlxalq reqatada mübarizə aparıb. Dımçenko məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurmaqla finiş xəttinə ikinci çatıb və gümüş medala sahib olub. 32-ci dəfə təşkil olunan yarışda 30-a yaxın ölkədən müxtəlif yaş kateqoriyaları üzrə 700-dən artıq idmançı iştirak edib.
url:
http://kepezfm.az/xeberler/avar%C3%A7%C9%99k%C9%99nimiz-italiyada-g%C3%BCm%C3%BC%C5%9F-medal-qazan%C4%B1b