Avropa çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanmaq şansını davam etdirir
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanmaq şansını davam etdirir. 66 kq çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı ardıcıl 3 rəqibini üstələsə də, yarımfinalda məğlub olub. İdmançımız bürünc medal uğrunda Ukrayna təmsilçisi ilə qarşılaşacaq.
url:
http://kepezfm.az/xeberler/avropa-%C3%A7empionat%C4%B1-az%C9%99rbaycan-c%C3%BCdo%C3%A7usu-b%C3%BCr%C3%BCnc-medal-qazanmaq-%C5%9Fans%C4%B1n%C4%B1-davam-etdirir