Avropa Liqasında "Qarabağ" "Bayer"lə doğma meydanda heç-heçə edib
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək. Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarında daha 7 matçı baş tutub. Martın 6-da keçirilən "Sportinq"-"Atlanta" matçı 1:1 hesabı ilə yekunlaşıb. Bu gecə keçirilən oyunlarda nəticələr belə olub. “Sparta” - “Liverpul” - 1:5, “Roma” - “Brayton” - 4:0, “Marsel” - “Vilyarreal” - 4:0, “Benfika” – “Reyncers” - 2:2, “Frayburq” – “Vest Hem” - 1:0, “Milan” - “Slaviya” - 4:2.
url:
http://www.kepezfm.az/xeberler/avropa-liqas%C4%B1nda-qaraba%C4%9F-bayerl%C9%99-do%C4%9Fma-meydanda-he%C3%A7-he%C3%A7%C9%99-edib-0