Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər
Avropa Parlamentində Azərbaycanla münasibətlərdə yaranmış gərginlik müzakirə olunub. Deputatlar Bakı ilə əməkdaşlığın zəifləməsinə səbəb olan Brüssel siyasətini tənqid ediblər. “Euronest” nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Azərbaycanın region üçün enerji, nəqliyyat və təhlükəsizlik baxımından vacib tərəfdaş olduğunu bildirib. Digər deputatlar da Avropa Parlamentinin Ermənistanla bağlı qətnamələri Azərbaycana təzyiq vasitəsinə çevirdiyini bildiriblər.Bakı və İrəvanın sülh sazişinə yaxınlaşdığı dövrdə bu addımlar əks-məhsuldar təsir göstərir. Çıxışlarda Avropa Parlamentinin Azərbaycana qarşı təzyiq siyasətinin Aİ-nin Cənubi Qafqazdakı nüfuzuna mənfi təsir göstərdiyi vurğulanıb.
url:
http://kepezfm.az/xeberler/avropa-parlamentinin-deputatlar%C4%B1-qurumun-az%C9%99rbaycanla-ba%C4%9Fl%C4%B1-siyas%C9%99tini-t%C9%99nqid-edibl%C9%99r

