Avtomobil dərəyə yuvarlanıb, ölən var
Astara rayonunun Hamoşam kəndində dağlıq ərazidə hərəkətdə olan minik avtomobili yoldan çıxaraq təxminən 70 metr dərəyə yuvarlanıb. Nəticədə sürücü, 60 yaşlı Əlikram Ağayev hadisə yerində ölüb.İlkin məlumata görə, qəzaya yağışlı hava səbəbindən yolun sürüşkən olması səbəb olub. Faktla bağlı araşdırma aparılır.Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri dağlıq və enişli-yoxuşlu yollarda hava şəraitini nəzərə almağa və ehtiyatlı olmağa çağırıb.
url:
http://kepezfm.az/xeberler/avtomobil-d%C9%99r%C9%99y%C9%99-yuvarlan%C4%B1b-%C3%B6l%C9%99n-var

