Avtoxuliqanlıq edən sərxoş sürücü tutulub
Bakı–Şamaxı–Yevlax avtomobil yolunda avtoxuliqanlıq edən sərxoş sürücü saxlanılıb. Bu barədə DİN-dən məlumat verilib. Kobud qayda pozuntularına yol verən “VAZ 2102” markalı avtomobilin sürücüsü polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb. Görülən tədbirlərlə nəqliyyat vasitəsi saxlanılıb və sürücünün sərxoş olduğu müəyyən edilib. Faktla bağlı materiallar məhkəməyə göndərilib.
url:
http://kepezfm.az/xeberler/avtoxuliqanl%C4%B1q-ed%C9%99n-s%C9%99rxo%C5%9F-s%C3%BCr%C3%BCc%C3%BC-tutulub

