Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşan sürücü inzibati qaydada həbs olunub
Lənkəranda Astara sakini Səttar Quliyev idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq hərəkətləri edib. Həmin görüntüləri sosial şəbəkədə paylaşıb. O, sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.
url:
http://www.kepezfm.az/xeberler/avtoxuliqanl%C4%B1q-ed%C9%99r%C9%99k-g%C3%B6r%C3%BCnt%C3%BCl%C9%99ri-sosial-%C5%9F%C9%99b%C9%99k%C9%99d%C9%99-payla%C5%9F-s%C3%BCr%C3%BCc%C3%BC-inzibati-qaydada-h%C9%99bs