Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib
Polis Bakıda “Tofaş” markalı avtomobilin sürücüsü Fariz İsmayılovu saxlayıb.Sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli manevrlər edib və həmin görüntüləri TikTok sosial şəbəkəsində paylaşıb.Onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb, həmçinin 30 sutka inzibati qaydada həbs edilib.
url:
http://kepezfm.az/xeberler/avtoxuliqanl%C4%B1q-edib-videosunu-sosial-%C5%9F%C9%99b%C9%99k%C9%99d%C9%99-payla%C5%9F-s%C3%BCr%C3%BCc%C3%BC-h%C9%99bs-edilib-0

