Avtoyuma məntəqəsindən qaçırdığı "Range Rover"lə qəza törədən şəxs saxlanılıb
Bakıda yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında "Range Rover" markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.O, sərxoş halda idarə edərək qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/avtoyuma-m%C9%99nt%C9%99q%C9%99sind%C9%99n-qa%C3%A7%C4%B1rd%C4%B1%C4%9F%C4%B1-range-roverl%C9%99-q%C9%99za-t%C3%B6r%C9%99d%C9%99n-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b

