Ayxan Hacızadə: Avropa Parlamentinin üzvləri populist siyasətin əsiridir
Ölkəmizə qarşı müddəaların əks olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" qətiyyətlə pisləyir və rədd edirik. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış qətnaməyə dair şərhində bildirilib. Vurğulayıb ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır.
url:
http://www.kepezfm.az/xeberler/ayxan-hac%C4%B1zad%C9%99-avropa-parlamentinin-%C3%BCzvl%C9%99ri-populist-siyas%C9%99tin-%C9%99siridir