Azərbaycanın üzləşdiyi mina problemi barədə BMT rəsmisinə geniş təqdimat edilib
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) Avstriya üzrə Çoxölkəli Nümayəndəliyinin direktoru Simonetta Siliqato ilə görüşü çərçivəsində Azərbaycanın üzləşdiyi mina problemi barədə geniş təqdimat edib.Təqdimat Azərbaycanın üzləşdiyi mina problemini və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbiri əhatə edib.Görüş zamanı tərəflər mina təhlükəsi ilə mübarizə sahəsində birgə icrası planlaşdırılan layihələr, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-%C3%BCzl%C9%99%C5%9Fdiyi-mina-problemi-bar%C9%99d%C9%99-bmt-r%C9%99smisin%C9%99-geni%C5%9F-t%C9%99qdimat-edilib

