Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən körpü tikilir
Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birləşdirən avtomobil yolunun İran ilə bağlantısı və Araz çayı üzərində körpünün tikintisi davam edir. İnşa edilən avtomobil körpüsü iki ölkə ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvana gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Körpünün gündəlik buraxılış qabiliyyəti 1100 ədəd yük-nəqliyyat vasitələrini təşkil edəcək.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-%C9%99sas-hiss%C9%99sini-nax%C3%A7%C4%B1vanla-birl%C9%99%C5%9Fdir%C9%99n-k%C3%B6rp%C3%BC-tikilir