Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutulub
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Gürcüstan vətəndaşı Elşən Şamilov Həsən oğlu Almaniyada müəyyən edilərək saxlanılıb və iyunun 18-də Azərbaycana ekstradisiya olunub.O, 1990-cı illərin əvvəlində tamah məqsədilə törədilən quldurluq zamanı Qurbanəli Mustafayevin qəsdən öldürülməsində və sağlamlığına ağır zərər vurulmasında ittiham olunur.Şamilov Frankfurt şəhərindən Azərbaycana gətirilib və məhkəmənin qərarı ilə istintaq təcridxanasına yerləşdirilib.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-33-il-%C9%99vv%C9%99l-axtar%C4%B1%C5%9F-verdiyi-%C5%9F%C9%99xs-almaniyada-tutulub

