Azərbaycanın 5 boksçusu Avropa çempionatında medalı təmin edib
Azərbaycan millisinin 5 üzvü Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında medalı təmin edib. Marjona Savriyev, Tural Sarıyev, Nicat Hüseynov, Əzrək Bəbirov və Murad Allahverdiyev bu gün yarımfinal görüşlərinə çıxacaqlar.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-5-boks%C3%A7usu-avropa-%C3%A7empionat%C4%B1nda-medal%C4%B1-t%C9%99min-edib