Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi şəxs İstanbulda saxlanılıb
Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi “Köklü Değişim” jurnalının İstanbul təmsilçisi Muhammed Emin Yıldırım Türkiyədə saxlanılıb.O, sosial şəbəkə paylaşımlarına görə İstanbul polisi tərəfindən saxlanılıb. Qeyd edək ki, oktyabrın 21-də Azərbaycan Türkiyənin 31 vətəndaşını müxtəlif sosial şəbəkələrdə ölkənin suverenliyinə, milli təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı, eləcə də dini radikalizm zəminində zorakılığa çağırışlarla bağlı açıqlamalarına görə “arzuolunmaz şəxslər” siyahısına daxil edib. Yıldırım da həmin siyahıda yer alıb.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-arzuolunmaz-%C5%9F%C9%99xs-elan-etdiyi-%C5%9F%C9%99xs-istanbulda-saxlan%C4%B1l%C4%B1b

