"Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır" Prezident İlham Əliyev
"10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq". Bu fikirləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialı olduğunu bildirən dövlət başçısı deyib ki, beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Prezident Azərbaycanın neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmadığını vurğulayıb.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-b%C9%99rpaolunan-enerji-layih%C9%99l%C9%99ri-g%C3%BCnd%C9%99liyi-%C3%A7ox-iddial%C4%B1d%C4%B1r-prezident-ilham-%C9%99liyev