Azərbaycanın dəmir yolu nəqliyyatı işçiləri təltif edilib
Prezident İlham Əliyev dəmir yolu nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə 4 nəfər dəmir yolu işçisi 3-cü dərəcəli “Əmək” ordeni ilə, 15 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub. Qeyd edək ki, 13 oktyabr Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı kimi qeyd olunur.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-d%C9%99mir-yolu-n%C9%99qliyyat%C4%B1-i%C5%9F%C3%A7il%C9%99ri-t%C9%99ltif-edilib

